Maduro Kadırovla görüşü yüksək qiymətləndirib

08.05.2025

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskvada rəsmi səfərdə olan Venesuela prezidenti Nikolas Maduro Çeçenistan lideri Ramzan Kadırovla görüşünü yüksək qiymətləndirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Nikolas Maduro "Telegram" kanalında yazıb.

“Bizim Çeçenistan rəhbəri Ramzan Kadırovla əməkdaşlıq, qarşılıqlı hörmət və xalqlar arasında həmrəylik yolu ilə yeni dünyanın quruculuğunu aktivləşdirmək məqsədi ilə səmərəli görüşümüz oldu”, - deyə o qeyd edib.

Venesuela lideri: “Bu görüş Çeçenistan Respublikası ilə dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək”, - deyə əlavə edib.

O, qeyd edib ki, Karakas "sülh diplomatiyasını davam etdirəcək, qardaşlığı təşviq edəcək və xalqların öz müqəddəratını təyin etməsini müdafiə edəcək".

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью