Maduro qarşısı alınan suiqəsddən danışdı: Bu ölkə planlaşdırıbmış

07.01.2025

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Argentinalı jandarm Nauel Aqustin Qalo Venesuelanın vitse-prezidenti Delsi Rodriqesə sui-qəsd planlaşdırıb, lakin saxlanılıb.

Publika.az xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalının efirində deyib.

Dindirmə zamanı Qalo sevgilisi ilə görüşmək üçün Venesuelaya gəldiyini bildirib. Maduro bunu yalan adlandırıb və məhbusun Argentinada arvadı olduğunu qeyd edib.

"Mən Argentina hökumətinin Venesuelada sülhə zərbə vurmaq üçün zorakı planlarda iştirakını qınayıram", - Venesuela prezidenti vurğulayıb.

Tural

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью