Maduro razılaşdı: İstefa verməyə hazıram!

30.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Venesuela Prezidenti Nikolas Maduro ən azı 18 ay ərzində istefa verməyə hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, bəzi Amerika rəsmiləri Venesuela liderinin təklif etdiyi ssenarini böhranın mümkün həlli kimi nəzərdən keçiriblər, lakin Ağ Ev Maduronun dərhal istefasını tələb etmək qərarına gəlib.

Qeyd edilir ki, Maduro və onun əməkdaşları Ağ Evlə bir neçə kanal vasitəsilə əlaqə saxlayıblar və hazırda ölkə arasında hansı əməkdaşlığın nəzərdə tutula biləcəyi müzakirə edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью