Maduro sanksiyaların ləğvi üçün Trampla danışıqlar aparır

22.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın yeni seçilmiş lideri Donald Trampa sanksiyaların ləğvi müqabilində deportasiya edilmiş qeyri-qanuni miqrantları qəbul etməyi təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Washington Post (WP) mənbələrə istinadən yazır.

“Maduro miqrasiya məsələləri, o cümlədən venesuelalıların hava ilə deportasiyasına icazə verilməsi ilə bağlı razılaşma üzərində Trampla işləməyə hazır olduğunu bildirib”-materialda deyilir.

Nəşrin yazdığına görə, bunun müqabilində Venesuela lideri ona ölkəsinin iqtisadiyyatını bərpa etmək üçün alətlər, o cümlədən Venesuelalıları qaçmağa məcbur edən iqtisadi təzyiqi azaltmaq üçün neft ixracını artırmağı tələb edib.

Bildirilir ki, Trumpın Maduronun təklifi ilə şəxsən tanış olub-olmadığı bəlli deyil.

Ancaq ona yaxın mənbənin qəzetə verdiyi məlumata əsasən Tramp Venesuela Prezidentini hakimiyyətdən uzaqlaşdırmağın lazım hesab edir.

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью