GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Venesuela Prezidenti Nikolas Maduro qeyri-rəsmi danışıqlar zamanı ABŞ-a iki-üç il ərzində istefa vermək imkanı təklif edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton onun təklifini rədd edib və dərhal istefasını tələb edib.
“Bundan başqa, ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada gizli əməliyyatlar keçirmək planlarını təsdiqləyib. Bunun konkret nələri əhatə edəcəyi və ya onların nə vaxt həyata keçirilə biləcəyi hələ də bəlli deyil”, – deyə nəşr yazıb.
Əliyar Xəlil
Globalinfo.az