“Maduro Trampdan milyonlarla dollar və sığınacaq istəyib” − KİV | Icma.az
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampdan könüllü istefası müqabilində şəxsi sərvətinin 200 milyon dollarını özündə saxlamasını və ona siyasi sığınacaq verilməsini istəyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “The Telegraph” məlumat yayıb.
Qəzetin məlumatına görə, Maduro həmçinin Trampla dinc gedişlə bağlı mümkün razılaşmanın bir hissəsi kimi həmkarlarına amnistiya tələb edib.
Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-nin Karib hövzəsində hərbi varlığının artması fonunda Venesuela və ətraf ərazilər üzərində hava məkanının aviaşirkətlər, narkotik tacirləri və insan tacirləri üçün bağlanacağını açıqlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu