Maduro Türkiyəyə gedəcək

17.11.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ administrasiyası, Venesuela Prezidenti Nikolas Maduronun vəzifədən ayrılması halında ölkəni təhlükəsiz şəkildə tərk etməsi üçün mümkün variantları nəzərdən keçirir.

"Cebheinfo.az" “Politico” qəzetinə istinadən xəbər verir ki, Prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası Maduronun hakimiyyətdən uzaqlaşdırılması halında atıla biləcək digər mümkün addımları da müzakirə edir.

Mənbələrin bildirdiyinə görə, Maduro hakimiyyətdən ayrılarsa, əgər Rusiya, Azərbaycan və ya bəlkə də Kuba variantlarını qəbul etməzsə, Türkiyəyə köçmək seçimini nəzərdən keçirməli olacaq. 

ABŞ rəsmiləri, Venesuela liderinin həbs olunması və ABŞ-də mühakimə olunması ehtimalını da dəyərləndirdiklərini bildiriblər.
Xəbərdə, həmçinin 16 noyabr axşamı təyyarədaşıyan “Gerald Ford” gəmisinin rəhbərlik etdiyi ABŞ hərbi gəmilərindən ibarət bir döyüş qrupunun Karib dənizinə daxil olduğu qeyd olunub.

ABŞ-nin müdafiə katibi Den Driskoll lazım gəldikdə quru qoşunlarının Venesuelada yerləşdirilməyə hazır olduğunu təsdiqləyib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью