Maduro Türkiyəyə getməkdən İMTİNA EDİB

04.01.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

23 dekabrda Vaşinqton Venesuela prezidenti Nikolas Maduroya vətənini tərk edib Türkiyəyə getməsini təmin edəcək bir razılaşma təklif edib.

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ rəsmisi “The New York Times” qəzetinə verdiyi açıqlamada bildirib. 

ABŞ rəsmisi deyib ki, Maduro qəzəblə planı rədd edib.

Qəzetin mənbəyinə görə, Maduronun mövqeyinin ciddi olmadığı aydın idi.

Ötən ilin dekabr ayında “Miami Herald” qəzeti Vaşinqtonun Maduro və onun ən yaxın müttəfiqlərinin dərhal Venesuelanı tərk etməsini tələb etdiyini bildirib.

Mənbələrə görə, ABŞ-nin Maduroya mesajı çox sadə idi. Onun, həyat yoldaşı Siliya Floresin və oğlunun təhlükəsiz keçidi yalnız dərhal istefa verməyə razı olduğu təqdirdə təmin ediləcəkdi.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью