Maduro Venesuela konsulu ilə görüş tələb etdi

05.01.2026

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores Nyu-Yorkda keçirilən ilk məhkəmə iclasında konsulluq ziyarəti hüququndan istifadə etmək istədiklərini açıqlayıblar.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, hakim cütlüyə Venesuela konsulu ilə danışmaq hüququ verib.

Dekabrın 5-də Nyu-York federal məhkəməsində Maduronun məhkəməsinin ilk iclası keçirilib. ABŞ-nin baş prokuroru Pam Bondi siyasətçini və həyat yoldaşını "narkoterrorizm", silah saxlama və narkotik qaçaqmalçılığında ittiham edib. Növbəti məhkəmə prosesi martın 17-nə təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью