Maduro yeni hərəkatın yaradıldığını elan etdi

24.11.2024

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Venesuela prezidenti Nikolas Maduro antifaşist tələbə hərəkatının yaradıldığını bəyan edib. SİA xəbər verir ki, bu barədə o, Karakasda keçirilən Ümumdünya Antifaşist Gənclər və Tələbələr Konqresinin bağlanış mərasimində danışıb.

Maduro konqresin iştirakçılarına müraciət edərək, "Sizi təbrik edirəm, çünki bu gün Venesuelada dünyanın böyük bir gənc və tələbə antifaşist hərəkatı doğulur" deyib.

O əlavə edib ki, mərkəzi Karakasda olan bu antifaşist hərəkatı "yeni dünya qurmaq üçün gənclərin və xalqların birləşməsinə səbəb olmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью