Madurodan Rubioya cavab: “Bura Bolivarı azad edənlərin vətənidir”

28.03.2025

Icma.az, Ayna portalına istinadən məlumat yayır.

“Marko Rubio Qayanadan çıxıb Venesuelanı hədələdi, amma heç kim xalqımızı təhdid edə bilməz”

Venesuela Prezidenti Nikolas Maduro ABŞ dövlət katibi Marko Rubionu Qayana ilə ərazi münaqişəsi ilə bağlı təhdidlərə görə tənqid edib. AYNA.AZ xəbər verir ki, Prezident bu barədə VTV kanalına müsahibəsində deyib.

“Marko Rubio Qayanadan çıxıb Venesuelanı hədələdi, amma heç kim xalqımızı təhdid edə bilməz. Bura Bolivarı azad edənlərin vətənidir", Maduro bildirib.

Venesuela rəhbəri həmçinin ABŞ dövlət katibinin təhdidlərinə əhəmiyyət verməyi planlaşdırmadığını qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью