Maduronu bu məxfi silah la ələ keçirmişik Tramp ilk dəfə açıqladı

24.01.2026

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi zamanı ABŞ hərbçiləri “məxfi silah”dan istifadə ediblər.

Globaslinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “New York Post” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu silah “discombobulator” adlanan, qarşı tərəfi çaşdıran xüsusi vasitə olub.

Tramp qeyd edib ki, Venesuela ordusu rus və Çin istehsalı raketlərə malik olsa da, onları işə sala bilməyib.

“Biz gəldik, onlar düymələri basdılar, amma heç nə işləmədi. Gəlişimizə hazır idilər, lakin raketlər havaya qalxmadı”, – deyə Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью