Maduronu “oğurladığına” görə Trampdan polisə şikayət etdi

14.01.2026

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Özbəkistanın paytaxtı Daşkənd şəhərinin sakini polisə zəng vuraraq Venesuela Prezidenti Nikolas Maduronu “oğurladığına” görə ABŞ lideri Donald Trampdan şikayət edib.

“Qafqazinfo” xəbər verir ki, zəngin səs yazısı sosial şəbəkələrin Özbəkistan seqmentində yayılıb və böyük maraq doğurub. 

Adı açıqlanmayan sözügedən şəxsin zəngi xüsusi xidmət orqanlarına bilərəkdən edilən yalan çağırış kimi qiymətləndirilib. Bundan əlavə, o, yoxlama üçün polis şöbəsinə getmək barədə Daxili İşlər Şöbəsi əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb. 

Məhkəmə iclasında kişi günahını etiraf edib və əməli törədərkən sərxoş olduğunu bildirib. Buna görə də, hüquq-mühafizə orqanlarına hansı məzmunla müraciət etdiyini xatırlamadığını deyib.

Nəticədə vətəndaş 1,23 milyon sum (170 AZN) məbləğində cərimə edilib.

Həmin səs yazısını təqdim edirik: 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью