Maduronun məhkəməsi yenə TƏXİRƏ SALINDI

18.02.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Venesuelanın sabiq prezidenti Nikolas Maduronun işi üzrə məhkəmə iclası ABŞ tərəfinin xahişi ilə martın 26-na təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə "Univision Noticias" televiziya kanalı məlumat yayıb.

Qeyd edək ki, dinləmə əvvəlcə martın 17-si Bakı vaxtı ilə saat 20:00-a təyin edilmişdi. Lakin telekanalın məlumatına görə, ittiham tərəfi cədvəl və logistika çətinliklərini əsas gətirərək, müdafiə tərəfindən prosesin təxirə salınmağını xahiş edib, nəticədə tərəflər tarixi dəyişdirmək barədə razılığa gəliblər.

Bildirilib ki, ikinci dinləmə martın 26-sı 2026-cı ildə Nyu-Yorkdakı federal məhkəmədə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью