Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Venesuelanın vəzifəsindən uzaqlaşdırılmış prezidenti Nikolas Maduronun yaxın müttəfiqi Aleks Saab ABŞ məhkəməsində ölkədəki böhran dövründə ərzaq idxalı üzrə sərfəli müqavilələr əldə etmək məqsədilə məmurlara rüşvət verməkdə təqsirini etiraf edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, təqsirli bilinməni etiraf etməsi ilə bağlı razılaşma çərçivəsində Saab federal istintaqlarda araşdırma ilə əməkdaşlıq etməyə və korrupsiya sxemindən əldə etdiyi gəlirlərdən 195 milyon dolları təhvil verməyə razılaşıb.
Çirkli pulların yuyulması ittihamı üzrə maksimum cəza 20 il həbsdir. Lakin prokurorlar Saabın, o cümlədən adı açıqlanmayan 4 digər müttəhimə qarşı əməkdaşlığının faydalı olacağı təqdirdə onun cəzasının yüngülləşdirilməsinə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, Kolumbiya vətəndaşı olan 54 yaşlı Saab may ayında Venesueladan ABŞ-yə deportasiya edilib. veO, ABŞ-də bir sıra cinayətlər törətməkdə ittiham olunurdu. ABŞ hakimiyyəti iş adamını 10 ildən artıq müddətdə təqib edib.