“Maduronun oğurlanması ölkə başçılarının informasiya zəifliyini göstərdi” ŞƏRH

28.01.2026

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Venesuelada Maduronun oğurlanması hadisəsi təkcə hərbi əməliyyat baxımından maraqlı deyil, həm də informasiya və kəşfiyyat aspektində ciddi təhlil tələb edir”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi analitik Asif Şəfəqqətov deyib:

“ABŞ mətbuatının yazdığına görə, prezident Maduro ABŞ-ın hücumundan əvvəl xəbər tutmayıb. O qədər gec xəbər alıb ki, bunkerə belə girməyə macal tapmayıb. Amma nəzərə alsaq ki, ölkəyə 150-yə yaxın hərbi təyyarə və helikopter daxil olub, HHM obyektlərinə raket zərbələri endirilib, belə böyük hərəkətdən xəbərin olmaması olduqca şübhəlidir.

Ölkənin paytaxtı Karakas və Venesuela sərhədi arasında ən yaxın məsafə 600 km-dir. Helikopterlərin kreyser sürəti təxminən 270-280 km/saat olduğundan, onlar Karakasa çatmaq üçün azı 2 saat uçmalı idi. Gecə vaxtı belə bir hərbi əməliyyatın səsi adi vətəndaşlar üçün belə qulaq tutulacaq qədər nəzərə çarpandır. Belə çıxır ki, prezident Maduro kritik anlarda ölkəyə daxil olan düşmən hərbi texnika barədə məlumatdan xəbərsiz olub”.

Onun fikrincə, bu vəziyyət göstərir ki, kritik hadisələr zamanı ölkə başçısının real informasiya əldə etməsi onun ən zəif nöqtəsidir:

“Dövlət başçısına məlumat yalnız birbaşa əlaqədə olduğu şəxslər – təhlükəsizlik xidmətləri rəhbəri, müdafiə naziri, prezident aparatının rəhbəri, vitse-prezidentlər və parlament sədri kimi yüksək vəzifəli şəxslər vasitəsilə çatdırılır. Əgər bu şəxslərdən hər hansı biri xəyanət şəbəkəsinə qoşularsa, prezident tam informasiya blokadasında qala bilər. Maduronun vəziyyəti buna bariz nümunədir.

Bu hadisə həm də digər ölkələr üçün dərsdir. ABŞ-ın hərbi strategiyası, Trampın “beynəlxalq qanunlar mənim üçün önəmli deyil” mövqeyi, ölkə başçılarının yaxın ətrafına qarşı diqqətli olmalarını və rəsmi informasiya kanallarına əlavə olaraq gizli və qeyri-rəsmi kanallar yaratmalarını zəruri edir. Oxşar proseslərin digər ölkələrdə – Çində, Kubada, İranda və Nikaraquada da baş verdiyi güman edilir”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью