“Maduronun sayılı günləri qalıb“ ABŞ prezidenti

03.11.2025

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Nikolas Maduronun Venesuela prezidenti kimi sayılı günləri qalıb.

Moderator.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp CBS News-a verdiyi müsahibədə deyib. O, aparıcının Maduronun Venesuela rəhbəri kimi günlərinin sayılı olub-olmadığı ilə bağlı sualına cavab olaraq deyib: "Mən deyərdim ki, bəli, mən də belə düşünürəm".

Tramp Venesuelaya zərbə endirmək planlarını təkzib, yaxud təsdiq etmədən, ABŞ-ın bu ölkə ilə müharibəyə hazırlaşmadığını bildirib:

“Cerald Ford” təyyarədaşıyan gəmisinin Karib dənizinə yerləşdirilməsi fonunda ABŞ-ın Venesuela ilə müharibəyə hazırlaşması barədə suala prezident belə cavab verib: "Şübhə edirəm. Düşünmürəm".

Lakin jurnalist Venesuela ərazisinə mümkün zərbələr barədə xəbərlərin doğruluğu barədə soruşduqda, Tramp sualdan yayınıb: "Bunu sizə deməyəcəyəm. Bunun doğru olub-olmadığını demirəm. Zərbə vurub-vurmayacağımı müxbirlə müzakirə etmirəm." 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью