Maduronun YouTube hesabı bağlandı

22.09.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Venesuela Prezidenti Nikolas Maduronun "YouTube" hesabı bağlanıb.

"Cebheinfo.az" xəbər verir ki, "Telesur" internet saytının 2X" hesabında bu barədə bağlı paylaşım edilib.

Paylaşımda bildirilir ki, video paylaşım platforması "YouTube" Venesuela Prezidenti Maduronun rəsmi kanalını heç bir səbəb göstərmədən bağlayıb.

Maduronun "YouTube" hesabı bağlanmazdan əvvəl 200 mindən çox izləyiciyə sahib idi və bu kanal Prezidentin çıxışlarını, eləcə də Venesuela Dövlət Televiziyasında yayımlanan həftəlik proqramdan fraqmentləri paylaşmaq üçün istifadə olunurdu.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью