Maduroya görə 50 milyon dollar mükafat verəcəklər

08.08.2025

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


ABŞ hökuməti "ölkəyə çox böyük təhdid olan düşmən qüvvə"nin - Venesuela prezidenti Nikolas Maduronun tutulmasına kömək edəcək məlumat üçün verilən mükafatı 50 milyon dollara qaldırıb.
Reyting.az
"Reuters" agentliyinə istinadla bildirir ki, Vaşinqton N. Maduronu narkotiklərin qanunsuz dövriyyəsində və bir çox böyük cinayətkar qruplaşmalarla əlaqədə ittiham edir.
ABŞ baş prokuroru Pem Bondi mükafatın artırılması ilə bağlı açıqlamasında bildirib ki, Maduro dünyanın ən böyük narkotacirlərindən biridir: “O, həm də ABŞ-nın milli təhlükəsizliyimiz üçün təhdiddir".
Qeyd edək ki, bir zamanlar Usama bin Ladenin tutulması üçün təyin edilən məbləğ bundan iki dəfə az idi.
Oqtay QORÇU
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью