Madyar NƏ VAXT vəzifəsinin başına keçəcək? TARİX açıqlandı

21.04.2026

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Tisa” Partiyasının lideri Peter Madyar 9 mayda keçiriləcək yeni çağırış Milli Assambleyanın (birpalatalı parlament) ilk iclasında Macarıstanın Baş naziri seçiləcək. 
Bizim.Media xəbər verir ki, Prezident Tamaş Şuyoka bu barədə “Facebook” səhifəsində məlumat verib.
"Mən Milli Assambleyanın ilk iclasını 9 may 2026-cı il tarixində saat 10:00-da çağırmışam", - deyə Şuyoka yazıb. 
Bundan əvvəl Madyar sosial media platforması “X”də Şuyoka və digər vəzifəli şəxsləri könüllü istefa vermədikləri halda tutduqları vəzifələrindən azad edəcəyini açıqlamışdı.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью