Madyarın Macarıstanın baş naziri seçiləcəyi tarix açıqlandı

22.04.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

"Tisa" partiyasının lideri Peter Madyar mayın 9-da Macarıstanın baş naziri seçiləcək.

Oxu.Az xəbər verir ki, bu barədə ölkə Prezidenti Tamaş Şuyok "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

"Dövlət Məclisinin ilk iclasını 9 may 2026-cı il saat 10:00-a təyin etdim", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, aprelin 12-də keçirilən parlament seçkisində "Tisa" partiyası 199 yerlik parlamentdə 141 mandat qazanaraq qalib gəlib. Onun əsas rəqibi olan Viktor Orbanın rəhbərlik etdiyi FİDES - Macarıstan Vətəndaş Birliyi və Xristian Demokrat Xalq Partiyasından ibarət hakim koalisiya 52 mandat əldə edib. "Bizim Vətən" sağ radikal partiyası isə altı yer qazanıb.

Seçkidə iştirak səviyyəsi rekord həddə - 79,56% olub. Səsvermədə 5 milyon 988 mindən çox seçici iştirak edib.

Prezident Şuyok "Tisa" rəhbərinə yeni hökumət formalaşdırmağı təklif edib və Madyar artıq kabinetdə bəzi vəzifələr üçün namizədləri açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью