Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mafiya liderinin itkin düşdüyü iddia edilən oğlu Antonio Strangio yanmış avtomobildə ölü tapılıb.
Polis cəsədin şəxsiyyətinin müəyyən edilməsi işlərinin davam etdiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, “Barbarlar” adlanan ailə Strangionun ölüm elanını dərc edib.
Dünyanın ən güclü mütəşəkkil cinayətkar dəstələrindən biri kimi tanınan “Ndrangheta” ailəsinin İtaliyada yenidən müharibəyə başlama ehtimalı yerli əhalini qorxuya salıb.
“Barbarlar” adlı mafiya ailəsinin liderinin oğlu Antonio Strangio bir müddətdir itkin düşmüşdü və axtarışda idi.
İtaliya polisi Ndrangheta ailəsinin oğullarına aid olduğunu iddia etdiyi yanmış avtomobildə sümüklər, boyunbağı və dişlər tapıb.
İtaliya polisi qalıqların kimə aid olduğunu müəyyən etmək üçün araşdırmalara başlayıb.