Mağazada satılan hazır kababları almayın

01.05.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Hazır şəkildə satılan kabablar sağlamlıq üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Mağazalardakı marinad olunmuş ətlərin tərkibi gözlənilməz fəsadlara yol açır".


Demokrat.az xəbər verir ki, Rusiyada fəaliyyət göstərən terapevt və qastroenteroloq Aysel Məmmədova bu barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, satışda olan hazır kabablarda həddindən artıq duz, istiot, sirkə, dadlandırıcılar və suyun çəkisini saxlamaq üçün fosfatlar olur. Eyni zamanda həmin ətlərin hansı sanitariya şəraitində hazırlandığı, saxlanma temperaturu və dəqiq vaxtı barədə məlumatlar çox vaxt qaranlıq qalır. Bütün bu amillər orqanizmdə ağır zəhərlənmələrə səbəb ola bilər.
Həkim bildirib ki, bəzi vicdansız istehsalçılar ətin köhnəliyini və xoşagəlməz qoxusunu müxtəlif ədviyyatlarla gizlədirlər. Belə məhsullarda dəfələrlə bağırsaq çöpləri, salmonellyoz, rotavirus və dizenteriya yaradan təhlükəli mikroorqanizmlər aşkar edilib.
Yəni, mağazadan hazır marinad olunmuş kabab alarkən ətin köhnə olma ehtimalı yüksəkdir və tərkibindəki kimyəvi maddələr sizi zəhərləyə bilər.
İsmayıl
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью