Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az-ın xəbərinə görə, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Paylaşım müəllifi yaşadığı təəccübü bu sözlərlə ifadə edib:
"Sadəcə şokdayam. Belə yumurtaları niyə satış üçün verirlər, camaata satırlar? Üç yumurta qırdım, üçündən də cücə çıxdı. Hara baxır bu insanlar?"
Qadının sözlərinə görə, yumurtaları bazardan alıb. O, paylaşımında yumurtaların kənd yumurtası adı ilə aldığını da qeyd edib. Görüntülərdə yumurtaların içərisində inkişaf etmiş cücələrin olduğu görünür.
Həmidə İbrahimova