Mağazadan oğurladığı tozsoranla küçəni təmizlədi

18.10.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Fransadakı etirazlar zamanı dəbdəbəli mağazalar talançıların hədəfinə çevrilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu vaxt etirazçılardan birinin hərəkətləri kameraya düşüb.

Belə ki, mağazadan tozsoran oğurlayan həmin şəxs izdihamın ortasında küçələri təmizləyirmiş kimi davranmağa başlayıb.

Üzünü gizlədən etirazçı tozsoranı yolda irəli-geri hərəkət etdirərək, sanki təmizlik işi aparırmış kimi bir hərəkət edib. Xaosun hökm sürdüyü və mağazaların talan edildiyi bir mühitdə nümayiş etdirilən bu davranış baş verənlərə qarşı satirik bir eyham kimi yozulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью