Mağazadan oğurluğa cəhd edən qadınlar yaxalanıb

21.11.2026

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Bir neçə gün əvvəl metronun "Memar Əcəmi" stansiyası yaxınlığında yerləşən mağazalardan birindən oğurluq etməkdə şübhəli bilinən şəxslərin kimliyi məlum olub. SİA-nın Oxu.az-a istinadən məlumatına görə, geyim mağazalarının birindən oğurluğa cəhd edilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.

Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən iki qadın müəyyən olunaraq saxlanılıb. Hazırda araşdırma davam etdirilir. Xatırladaq ki, satıcı onların hərəkətini gördükdə qadınlar "çantaya uşaq qoyub, bilməmişik" cavabını veriblər.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью