Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyadakı mağazalarda satılan Nike və Adidas brendlərinə aid yüzlərlə idman ayaqqabısının saxta olduğu müəyyən edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Mash" nəşri məlumat yayıb.
Bildirilir ki, “Məhkəmə Ekspertizası və Qiymətləndirmə Bürosu”nun müstəqil ekspertləri Moskva, Sankt-Peterburq, Sevastopol, Kalininqrad və Çelyabinsk şəhərlərində yerləşən ticarət mərkəzlərindən götürülmüş 1300 cüt ayaqqabını yoxlayıblar. Yoxlama nəticəsində adıçəkilən brendlərə məxsus bütün ayaqqabıların replika olduğu aşkarlanıb.
Qeyd olunur ki, araşdırma keyfiyyətsiz idman ayaqqabıları ilə bağlı alıcıların şikayətlərindən sonra aparılıb. Hazırda bir sıra alıcılar satıcılarla məhkəmə çəkişməsi aparır. Ekspertlərin sözlərinə görə, son bir il ərzində bu cür müraciətlərin sayı dəfələrlə artıb.
Xədicə BAXIŞLI