Mağazalardan 148 ədəd televizor oğurlayan şəxslər saxlanıldı

15.01.2025

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən məişət avadanlıqlarının satıldığı mağazadan oğurluq edən həmin obyektdə işləyən 29 yaşlı Arif Quliyev və 57 yaşlı Nofəl Musayev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı onların anbardan ümumi dəyəri 48615 manat olan 148 ədəd televizor və 9 ədəd paltaryuyan oğurlayaraq satdıqları məlum olub.
Faktlarla bağlı araşdırmlarar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью