Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi

26.11.2024

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə oğurluq edən azərbaycanlılar saxlanılıblar.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeli şəhərinin Karlıtepe qəsəbəsində bir paltar mağazasında qeydə alınıb. Mağazadan  51 min lirəlik (təxminən 2504 manat) paltar oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 3 azərbaycanlı - H.M., E.T.C. ve R.A. saxlanılıblar. Məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью