Mağazasına girən bəbir üstünə hücum çəkdi Video

23.07.2026

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Hindistanda içki mağazasına bəbir girib və mağaza sahibinə hücum çəkib.
Yeniavaz.com
ölkə mətbuatına istinadla xəbər verir ki, hadisə iyulun 22-si səhər saatlarında baş verib.
Belə ki, vəhşi heyvan əvvəlcə mağazanın girişində dayanmış bir şəxsə hücum edib. Daha sonra o mağazaya tullanıb və mağaza sahibinə hücum edib. Mağaza sahibi onun əlindən xilas ola bilib.
Bildirilir ki, bəbir bundan əvvəl yırtıcı daha bir neçə nəfəri yaralayıb.
Məlumata görə, hadisə yerinə cəlb olunan mütəxəssislər bəbiri sakitləşdirici iynə ilə zərərsizləşdirərək ələ keçiriblər.
Təhlükəsizlik kameraları hücum anını anbaan lentə alıb.

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью