Mağazaya gedən sürücü ikinci cərgədə dayanıb yolu kəsdi VİDEO

25.02.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Xırdalanda yol hərəkəti qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

01-CX-397 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü qəza işıqlarını yandıraraq yolun ikinci cərgəsində parklanma edib. Bu zaman arxadan gələn digər sürücülər maneə ilə üzləşərək əks yola keçməli olublar.

Görüntünü qeydə alan ocuxu iddia edir ki, bu kəsişmədə sürücülər mütəmadi şəkildə dayanma-durma qaydasını pozaraq mağazaya gedirlər. Qəza işıqlarını isə yandıraraq özlərini aldadırlar.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью