Mağazaya müştəri qismində girərək oğurluq etdi

11.06.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Nərimanov rayonunda yerləşən elektronika mağazalarından birində oğurluq hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, mağazadan ümumi dəyəri 3800 manat olan mobil telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən T.Ağayev və S.Sadıqov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı onların müştəri qismində mağazaya daxil olduqları, satıcının diqqətinin yayındığı məqamdan istifadə edərək oğurluğu həyata keçirdikləri məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью