Magistr imtahanının rekordçusu bu univerisitetin tələbəsidir

30.05.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələrini açıqlayıb.

İmtahan nəticələrinə görə, imtahanda ən yüksək bal toplayan 3 nəfərdən biri Aydan Süleymanovadır.

Modern.az-ın məlumatına görə, o, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir.

İmtahanda 95,5 bal toplayan Aydan UNEC-də Maliyyə ixtisası üzrə beynəlxalq iqtisad məktəbi fakultəsində bakalavr təhsili alır.

"Öz ixtisasım üzrə təhsilimi davam etdirməyi planlaşdırıram. Hələ hər hansı universiteti seçmək barədə düşünməmişəm”, - tələbə saytımıza açıqlamasında bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью