Magistral yolda ayaqyalın hərəkət edən kişi TƏHLÜKƏ YARATDI

18.06.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yolda orta yaşlı kişinin ayaqyalın şəkildə yolun ortası ilə hərəkət etməsi nəqliyyatın hərəkətinə təhlükə yaradıb.

BAKU.WS xəbər verir ki, 90 km/saatlıq sürət həddi olan yolda hərəkət edən şəxsə sürücülər siqnal versələr də, o, yolun hərəkət hissəsini tərk etməyib.

Nəticədə sürücülər məcbur qalaraq nəqliyyat vasitələrini aşağı sürətlə idarə ediblər və yol hərəkətində təhlükəli vəziyyət yaranıb.

Hadisənin səbəbləri barədə əlavə məlumat yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью