Magistralda faciə: Piyada hadisə yerində ÖLDÜ

13.06.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Masallı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə nəticəsində bir nəfər həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.

O qeyd edib ki, hadisə bu gün saat 9:50-də Bakı-Astara magistralının 130-cu kilometrliyində qeydə alınıb.

"Nissan X-Trail" markalı 90-HS-127 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, 1959-cu il təvəllüdlü Teyyub Balağa oğlu Bağırov piyadanı vurub. Hadisə nəticəsində piyada 1997-ci il təvəllüdlü Elçin Zakir oğlu Mustafayev hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır",- deyə E.Hacıyev bildirib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью