Magistratura nəticələrinin açıqlanacağı vaxt məlum olub

27.07.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulun nəticələrinin açıqlanacağı vaxt məlum olub.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nəticələrin 3 gün ərzində elan olunması nəzərdə tutulur. 

"Adətən ixtisaslaşma seçimi başa çatandan sonrakı 3 gün ərzində nəticələr elan olunur", - deyə rəsmi cavabda vurğulanıb.

Qeyd edək ki, magistraturaya qəbul üzrə ixtisaslaşma seçiminin müddəti bu gün - 27 iyul saat 13:00-da başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью