Magistraturada boş qalan yerlər REKORD HƏDDƏ ÇATDI | Icma.az
Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır. Son illərdə magistraturaya qəbul olan tələbələrin sayında artım müşahidə olunur.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2020–2023-cü illər ərzində həm dövlət, həm də qeyri-dövlət ali təhsil müəssisələrinə magistr səviyyəsində qəbul edilənlərin ümumi sayı ildəlik artaraq yüksəlib.News24.az xəbər verir ki, 2020-ci ildə ölkə üzrə magistraturaya qəbul olunanların ümumi sayı 9105 nəfər olub.
Onlardan 8237-si dövlət, 868 nəfəri isə qeyri-dövlət ali məktəblərini seçib. Növbəti illərdə bu göstərici sabit artım nümayiş etdirib.
Belə ki, 2021-ci ildə ümumi qəbul sayı 11092 nəfərə çatıb (10148 dövlət, 944 qeyri-dövlət), 2022-ci ildə bu rəqəm 11483 nəfər (10519 dövlət, 964 qeyri-dövlət) təşkil edib.Ən yüksək göstərici isə 2023-cü ildə qeydə alınıb.
Həmin il magistraturaya qəbul olanların ümumi sayı 12617 nəfər olub.
Bunlardan 11793 nəfəri dövlət ali təhsil müəssisələrinə, 824 nəfəri isə qeyri-dövlət ali məktəblərinə qəbul edilib.Məlumatlar göstərir ki, magistr təhsilinə maraq artmaqdadır və bu artım əsasən dövlət ali məktəbləri hesabına baş verir.
Qeyri-dövlət sektorunda qəbul göstəriciləri isə nisbətən sabit qalmaqda davam edir.Bu ilin isə magistr pilləsinə qəbul nəticələri ilə bağlı açıqlamasında təhsil üzrə ekspert Elmin Nuri statistik göstəricilər kifayət qədər gözlənilməz hesab olunduğunu bildirib: "Belə ki, ixtisas seçimi edən 15 555 bakalavrdan 13 446 nəfəri qəbul olunub.
Ümumi plan yeri isə 16 794 olub. Bu isə o deməkdir ki, bu il bütün universitetlər üzrə magistratura səviyyəsinə qəbulda 3 300-dən çox plan y
Tam oxu
Xəbəri oxu