Magistraturada rekord ballı ixtisaslar geriləyir

26.11.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Magistratura təhsili ali təhsilini davam etdirmək və ixtisaslaşmaq istəyən bakalavrlar arasında hər il böyük maraq doğurur.

Modern.az xəbər verir ki, Azedu.az son üç tədris ilində magistratura üzrə ən yüksək dövlət sifarişi keçid ballarını müqayisə edib.

Belə ki, 2026-2027-ci tədris ilində ən yüksək dövlət sifarişi keçid balı Bakı Dövlət Universitetinin (BDU) Əmək və sosial təminat hüququ ixtisasında 88,5 olub.

2025-2026-cı tədris ilində bu göstərici Azərbaycan Texniki Universitetinin (AzTU) Səhiyyə menecmenti ixtisasında 91,5 bal təşkil edib.

2024-2025-ci tədris ilində isə Bakı Dövlət Universitetinin (BDU) Analitik kimya ixtisası üzrə ən yüksək dövlət sifarişi keçid balı 90,5 olub.

Qeyd edək ki, 2026-2027-ci tədris ilində magistratura üzrə ən yüksək dövlət sifarişi keçid balı 2024-2025-ci tədris ili ilə müqayisədə 2 bal, 2025-2026-cı tədris ili ilə müqayisədə isə 3 bal azalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью