Magistraturaya ixtisas seçimi nə vaxt başlayacaq? DİM AÇIQLADI

24.06.2025

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ali məktəblərin magistraturalarına qəbul imtahanının (II cəhd) nəticələrinin açıqlamnasından təxminən bir ay ötsə də, ixtisas seçimindən səs-soraq yoxdur.

Bəs magistraturaya ixtisas seçimi nə vaxt başlayacaq?
Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a verilən məlumata görə, bunun  üçün bütün imtahanlar başa çatmalıdır.
“Bütün imtahanlar başa çatandan sonra ixtisaslaşma seçimi aparılacaq. Xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə imtahanlar hələ başa çatmayıb”,- DİM-dən deyilib.
Qeyd edək ki, magistratura səviyyəsinin qabiliyyət imtahanları 69 (Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) saylı proqram üzrə 22 iyun tarixində, 70 (Təsviri sənət istiqaməti) saylı proqram üzrə 24 iyun, 68 (Musiqi sənəti istiqaməti) nömrəli proqram üzrə isə 26 iyun tarixlərində keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-cü il tarixində keçirilmiş qəbul imtahanının (II cəhd) yekun nəticələri 30 may tarixində elan edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью