Magistraturaya ixtisas seçimin nətiçələri bu tarixdə AÇIQLANACAQ

22.07.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi iyulun 16-da saat 23:59-da başa çatıb.

Hələlik nəticələr ictimaiyyətə təqdim olunmayıb.

Modern.az məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, materialların emalı prosesi başa çatdıqdan sonra nəticələr elan olunacaq. Bu səbəbdən də dəqiq tarix və saatı əvvəlcədən demək mümkün deyil.

Qeyd olunub ki, prosesin cari həftənin sonunadək yekunlaşacağı ehtimal edilir.

Aytac Bəhruzqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью