Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Magistraturaya ixtisas seçiminin ikinci mərhələsində təxminən 1500 nəfərin qəbul olunacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, humanitar sahə üzrə demək olar ki, boş plan yerləri qalmayıb.
DİM sədri magistraturaya qəbul olunanlara müraciət edib:
"Çünki onlar qeydiyyatdan keçməsələr o yerlər yenidən boş yer kimi elan olunacaq. Qəbul olunanlar 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər".
Məleykə Abbaszadə boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtının daha sonra DİM tərəfindən elan ediləcəyini vurğulayıb.
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media