Magnus Karlsen Fişer şahmatı üzrə dünya çempionu oldu

16.02.2026

Oxumeni.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Magnus Karlsen Fişer şahmatı üzrə dünya çempionu oldu

Norveçli Magnus Karlsen Almaniyanın Vayzenhaus şəhərində keçirilən fristayl şahmat (Fişer şahmatı) üzrə dünya çempionatının qalibi oldu. Bu barədə Oxuməni.az “Sportbox.ru”ya istinadla xəbər verir.

Turnirin finalında Karlsen amerikalı Fabiano Karuananı 2,5–1,5 hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda matçda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorov almaniyalı Vinsent Kaymeri 2,5–1,5 hesabı ilə üstələyib.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən təşkil olunan fristayl şahmat üzrə dünya çempionatı ilk dəfə keçirilirdi.

Karlsen 35 yaşındadır və FIDE versiyası üzrə 21-ci dünya çempionu titulunu qazanıb. Norveçli həmçinin klassik şahmat üzrə beş dəfə dünya çempionu (2013-cü ildə titul qazanıb və dörd dəfə qoruyub), altı dəfə rapid dünya çempionu və doqquz dəfə blits dünya çempionudur.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью