Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır

12.10.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Macarıstan Rusiyadan neft və təbii qaz tədarükünü azaltmaq niyyətindədir, lakin Budapeşt yaxın perspektivdə Rusiya enerji resurslarından tam imtina etməyin mümkün olmadığını qəbul edir.

Bu barədə Macarıstanın Baş naziri Peter Magyar Finlandiyanın “Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib.

Baş nazir hökumətinin Rusiyadan enerji asılılığının aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcəyini təsdiqləyib.

Onun sözlərinə görə, Macarıstan Rusiya enerji resurslarına alternativ tədarük mənbələri və marşrutlar axtarmağa davam edir.

“Lakin biz Rusiyadan enerji asılılığından bir gecədə xilas ola bilmərik”, – Magyar vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью