Magyar Ukraynada açıq şəkildə dedi: Hərbi yardım olmayacaq!

25.11.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Macarıstan Ukraynaya humanitar yardım göstərmək niyyətindədir, lakin hərbi yardım göstərmir və Kiyevin silah alışını maliyyələşdirməyi planlaşdırmır.

Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Peter Magyar Berehovedə (Ukrayna, Zakarpatye vilayəti) Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında açıq şəkildə deyib.

"Biz indiyə qədər etdiyimiz kimi, məsələn, tibbi ləvazimatlar, enerji avadanlıqları, hətta sığınacaq kimi istifadə edilə bilən mobil modullar təmin etməklə dəstəyimizi davam etdirəcəyik.

Avropa Birliyi daxilində lazım bildiyimiz və uyğun hesab etdiyimiz kimi yardım göstərməyə imkan verən bir səviyyədə azadlıq istəyirik", - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью