Magyarın toxunulmazlığı ləğv edildi

28.09.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Macarıstan parlamenti mobil telefon oğurlamaqda ittiham olunan Baş nazir Peter Magyarın deputat toxunulmazlığını ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə “Telex” məlumat yayıb.

Məlumata görə, təşəbbüsü 139 deputat dəstəkləyib, əleyhinə və bitərəf qalan olmayıb.

Qeyd edək ki, Macarıstanın Baş Prokurorluğu 2024-cü ilin yayında baş vermiş insidentlə əlaqədar ölkənin Baş nazirinin deputat toxunulmazlığının ləğv edilməsini istəyib. Həmin vaxt Magyar “Ötkert” gecə klubunda onu telefonla çəkən şəxslə mübahisə edib. O, çəkiliş aparan şəxsin əlindən telefonu alaraq Dunay çayına atıb. Telefon daha sonra dalğıcların köməyi ilə sudan çıxarılıb. Hadisə ilə bağlı oğurluq şübhəsi əsasında araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью