Mahaçqala hava limanı dron hücumuna görə fəaliyyətini dayandırıb Xəbər saytı Son xəbərlər və Hadisələr

06.11.2024

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dağıstanın hava məkanında dron vurulub. Mahaçqala hava limanı dron hücumuna görə fəaliyyətini dayandırıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın hava hücumundan müdafiə vasitələri Dağıstan Respublikasında yerləşən Kaspiysk şəhəri üzərində dronu məhv edib.

Bu barədə regionun rəhbəri Sergey Melikov öz Telegram kanalında məlumat verib. O bildirib ki, hazırda Rusiyanın bu subyektində operativ qərargah fəaliyyət göstərir. Profil xidmət əməkdaşları hadisənin səbəblərini araşdırır.

Eyni zamanda, region rəhbəri yerli sakinləri sakitliyini qorumağa və yoxlanmamış mənbələrdən gələn məlumatlara etibar etməməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью