Mahaçqalada hava məkanı bağlı olduğu üçün AZALın təyyarəsi geri qayıtdı

27.12.2024

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin məlumat yayıb.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib:
“Rusiya istiqamətində uçuşlarla bağlı yaxın zamanda ümumi məlumat açıqlanacaq”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью