Mahir 45 dəqiqə oynayıb, komandası uduzub

09.05.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu "Köln"lə görüşün start heyətində yer alıb.

33-cü tur çərçivəsində keçirilən qarşılaşma 1:2 hesabı ilə yekunlaşıb. Mahir bu qarşılaşmada 45 dəqiqə meydanda olub və fasilədə əvəzlənib.

Qeyd edək ki, "Nürnberq" 45 xalla 10-cu pillədə qərarlaşıb. Komanda son turda mayın 18-də "Braunşveyq"lə üz-üzə gələcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью