Mahir bu dəfə ehtiyat heyətdə yer aldı

22.12.2024

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin komandası "Nürnberq" evdə “Braunşveyq”lə qarşılaşıb. Matç "Nürnberq"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 49-cu dəqiqədə Stefanos Tsimas vurub.

Mahir də bu oyunda iştirak edib. Əvvəlki matçlardan fərqli olaraq, o, bu dəfə ehtiyatda yer alıb. Emreli 78-ci dəqiqədə Tsimasın əvəzinə meydana çıxıb.

Qeyd edək ki, hazırda “Nürnberq” turnir cədvəlində 22  xalla 11-cidir. “Braunşveyq” isə 13 xalla 17-ci pillədə qərarlaşır.

Əlavə edək ki, M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 13 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib. O, son 6 matçda fərqlənə bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью