Mahir derbiyə hazırlaşır

12.03.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniyanın “Nürnberq” klubu II Bundesliqanın XXVI turunda “Qröyter Fürt” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emreli bu görüşdə şans qazana bilər. Bu barədə komandanın baş məşqçisi Miroslav Kloze “Bild” nəşrinə açıqlamasında deyib:

“Mahirlə uzun söhbət etdim və qərarımı verdim. Oyunçuların 100 faizini meydanda verməyinin tərəfdayıram. Mahir indi derbiyə hazırlaşır. Optimistəm, Mahirin məşqlərdə necə olacağını gözləməliyik”.

“Nürnberq” – “Qröyter” matçı martın 16-da keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью